Türkiyədə bir gündə 2 partlayış: 2 ölü, 4 yaralı

Türkiyədə bir gündə 2 partlayış: 2 ölü, 4 yaralı
  26 İyul 2015    Oxunub:2205
Türkiyənin Diyarbakır vilayətində hərbi maşın partladılıb.
AzVision.az xəbər verir ki, Diyarbakır-Bingöl yolunda, Lise rayonu ərazisində qeydə alınan hadisə zamanı nəfər ölüb, 4 nəfər yaralanıb.

Partlayışın PKK terrorçuları tərəfindən törədildiyi bildirilir.

Hadisə ilə əlaqədar Türkiyə ordusu hərbi təyyarələrin iştirakı ilə əməliyyata başlayıb.

***

Türkiyənin İzmir şəhərindəki AKP partiyasının binası önündə partlayış baş verib. Bina qarşısında səs bombası partladılıb. Hadisə nəticəsində binanın şüşələri sınıb.

Polis təhlükəsizlik tədbirlərini gücləndirib, araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti