Türkiyədə əməliyyat: 371 nəfər həbs edildi
PKK qüvvələri isə geri çəkilmək istəmir. Terrorçuların Diyarbəkirdə hərbi maşını partlatması nəticəsində iki əsgər şəhid olub. Bundan başqa, Qarsın Sarıqamış rayonunda inşaat obyektinə məxsus 3 avtomobil yandırılıb. İzmirdə isə AKP-nin bölgə bürosu qarşısında partlayış törədilib. Bu şəhərdə bir bələdiyyə avtobusu yandırılıb, digərinin isə şüşələri sındırılıb. İstanbulun Okmeydanı ərazisində terrorçuların polisə hücumu nəticəsində üçü polis olmaqla dörd nəfər yaralanıb.
Ən son məlumata görə, ölkənin 25 bölgəsində həyata keçirilmiş antiterror əməliyyatları nəticəsində 371 nəfər şübhəli qismində həbs edilib. Terrorçulardan külli miqdarda silah və sursat, partlayıcılar, cinayət məqsədilə istifadə olunan digər vasitələr ələ keçirilib.
Antiterror əməliyyatlarının davam etdiriləcəyini bildirən dövlət rəsmiləri ölkədə fəaliyyət göstərən siyasi partiyalardan və ictimaiyyətdən də dəstək qazanıb. (Azərtac)
Teqlər: