Angela Merkel stuldan yıxıldı
Olay restoranda baş verib. Merkel foyeyə antrakt zamanı çıxıb. Bəzi məlumatlara görə, kansler hətta huşunu itirib və sonra ətrafdakıların köməyi ilə yerdən qalxa bilib. Siyasətçiyə kömək edən həkimlərin sözlərinə görə, insident 61 yaşlı Merkelin yorğun olması və orqanizminin susuzlaşması nəticəsində yaşanıb.
Xatırladaq ki, ötən ilin dekabrında ZDF və ARD telekanallarına müsahibə verən zaman kansler qəfildən özünü pis hiss eləmiş, nəticədə müsahibəni müəyyən müddətə dayandırmaq lazım gəlmişdi. Az sonra alman nəşrləri yazmışdı ki, Merkelin yarım-huşsuz vəziyyətə düşməsinə səbəb aclıq və orqanizmin susuzlaşması olub.
Teqlər: