Məşhur müğənninin qızı öldü

Məşhur müğənninin qızı öldü
  27 İyul 2015    Oxunub:2428
Məşhur müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Braun 22 yaşında dünyasını dəyişib.

AzVision.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Qeyd edək ki, məşhur müğənninin qızı hamamda huşunu itirmiş vəziyyətdə tapılmışdı. Tibbi müayinə zamanı onun bədənində qızartılar aşkar edilsə də, Bobbinin sevgilisi Nik Qordon bunun onu huşa gətirmək üçün göstərilən cəhdlər zamanı yarandığını deyib.

Bobbinin anası Uitni Hyuston üç il bundan əvvəl yüksək dozada narkotik qəbulu nəticəsində yaranmış kəskin ürək çatışmazlığı səbəbindən həyatını itirmişdi.

Bobbi Braun məşhur müğənninin yeganə varisi idi və 115 milyona sahib ola bilərdi. Vəsiyyətə əsasən bu vəsaitin 10 faizi ona 21 yaşı tamam olan gün verilmişdi. Bobbi mirasın daha 20 faizini 25 yaşına çatdıqda, qalanını isə 30 yaşından sonra alacaqdı.



Teqlər:  





Xəbər lenti