`Tour de France`da atəş açıldı

`Tour de France`da atəş açıldı
  27 İyul 2015    Oxunub:2469
Fransanın paytaxtı Paris şəhərində baş tutan “Tour de France”ın son mərhələsində gözlənilməz hal yaşanıb. Polis tərəfindən avtomobilə bir neçə dəfə atəş açlıb.

AzVision.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, Parisin mərkəzində təşkil olunmuş idman yarışında bir nəfər şəxsin özünü şübhəli apardığını görən polis xəbərdarlıq edərək tapancadan atəş açıb, lakin şübhəli avtomobilə minərək, təhlükəsizlik təbirlərini yarıb keçməyə çalışıb. Polis ondan şübhələnərək yoxlamağa çalışdıqdan sonra bu hadisələr cərəyan edib.

Avtomobili təhlükəsizlik sədləri ilə bərkidilmiş “de la Concorde” ərazisinə sürərkən şübhəliyə təhlükəsizlik qüvvələri tərəfindən atəş açılıb, amma açılan atəş nəticəsində heç bir itki olmayıb. Şübhəli isə polislər tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, hər il “Tour de France” zamanı belə xoşagəlməz hallar yaşanır. Bu dəfə isə hadisə terror aktının ola biləcəyi riskini isbatladı.

Fərrux
AzVision.az


Teqlər:  





Xəbər lenti