Məşhur reper narkotikə görə tutuldu

Məşhur reper narkotikə görə tutuldu
  27 İyul 2015    Oxunub:5330
İsveç polisi narkotikdən istifadə şübhəsi ilə məşhur amerikalı reper Snup Doqu (Snoop Dogg) həbs edib.
Bu barədə AzVision.az`The Guardian`a istinadən xəbər verir.

Uppsala şəhərində yolda yoxlamaların aparıldığı zaman polislər avtomobillə hərəkət edən Snup Doqu saxlayıblar. Polis əməkdaşları reperin narkotik vasitələrin təsiri altında ola biləcəyindən şübhələniblər.

Reper polis bölməsinə aparılıb və sidik analizi verib. Bundan sonra polislər onu evə buraxıblar. Ekspertizanın nəticələri barədə məlumat verilmir.

Qeyd edək ki, Snup Doq konsert vermək üçün Uppsalaya gəlib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti