İran iki AES tikir - 10 milyardlıq layihə
AES-lər Buşəhr vilayətində tikiləcək. Təxminən 10 milyard dollar dəyərində olan layihənin 3-4 il ərzində reallaşdırılması gözlənilir. İşlərə 15 minə yaxın mütəxəssis-texnik cəlb olunacaq.
Layihənin çinlilər tərəfindən həyata keçiriləcəyi planlaşdırılır: `Bizim ekspertlər bir neçə dəfə Çinə gediblər, çinli ekspertlər də dəfələrlə ölkəmizə səfər edib. Vyanada biz amerikalılar və çinlilərlə danışıqlar apardıq və Çində üçtərəfli Tehran-Vaşinqton- Pekin danışıqlarının aparılmasına dair razılığa gəldik`, - deyə Salehi vurğulayıb.
Eldar Tanrıverdiyev
AzVision.az