`Ölkəyə nəzarət edə bilmirik` - Əsəd etiraf etdi

`Ölkəyə nəzarət edə bilmirik` - Əsəd etiraf etdi
  27 İyul 2015    Oxunub:3138
Suriya prezidenti Bəşər Əsəd televiziya ilə xalqa müraciətində etiraf edib ki, hərbçilər ölkənin bəzi regionlarında nəzarəti əldən verib.
Bu barədə AzVision.az “SANA” agentliyinə istinadən xəbər verir.

`Biz əlimizdə olan ərazilərdə kollapsın baş verməməsi üçün Silahlı Qüvvələrin nəzarət etdiyi vacib regionları qorumalıyıq. Biz ruhdan düşmürük. Suriya ərəb ordusunun lüğətində `məğlubiyyət` sözü yoxdur`, - deyə Əsəd bildirib.

Lakin Əsəd dolayı yolla etiraf edib ki, Suriya ordusunda xidmət edənlərin sayı hərbçilərin ölümü və fərarilik hallarının artması ilə əlaqədar azalıb: `Bizim insan resurslarımız çatışmır`.

Müraciətində hazırkı durum barədə danışan Əsəd bildirib: `Ordu ölkənin hər bir vilayətində ola bilməz. Biz müqavimət göstərəcəyik. Silahlı Qüvvələr öz vətənlərini qorumağa hazırdırlar`.

BMT-nin qiymətləndirməsinə görə, Suriyada 4 il davam edən münaqişədə təxminən 220 min adam öldürülüb. 11 milyondan çox insan öz evini tərk etməyə məcbur olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti