ABŞ-da `soyqırım` abidəsi təhqir olundu

ABŞ-da `soyqırım` abidəsi təhqir olundu
  27 İyul 2015    Oxunub:2921
ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində üç ay əvvəl açılan `erməni soyqırım` abidəsi təhqir olunub.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Ermənistanın Fresnodakı rəsmi konsulu Perç Abqaryanın sözlərinə görə, iyulun 24-ü abidənin panellərindən biri çıxardılıb. Şəhər rəhbərliyinin sözlərinə görə, hazırda polis faktla bağlı araşdırmalara başlayıb. Şəhər rəhbərliyi bu həftə abidənin bərpa ediləcəyinə dair söz verib.

`Panellə bağlı xeyli tarixi hadisə var. Bu ürəkağrıdıcı hadisədir və mən olduqca məyusam. Bu cinayətdir. Ciddi yanaşmaq lazımdır`, - deyə Abqaryan bildirib.

Konsul xatırladıb ki, abidə bu ilin aprel ayında, `Soyqırım`ın 100 illiyi ilə əlaqədar açılıb.

Fresno şəhər rəhbəri Cozef Kastro baş verənlərə görə təəssüf hissi keçirdiyini deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti