İrəvanda yenidən ara qarışdı - Yenilənib

İrəvanda yenidən ara qarışdı - Yenilənib
  28 İyul 2015    Oxunub:3100
Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxan “Qalx, Ermənistan” hərəkatı İrəvanın mərkəzindəki Respublika meydanında 72 saatlıq oturaq piket keçirməyə qərar verib.
Hərəkatın bununla bağlı yaydığı bəyanatda bildirilir: “Serj Sarkisyanın 27 iyun tarixli çıxışından bir ay keçməsinə baxmayaraq, elektrik enerjisi tariflərinin artırılması məsələsi hələ də nizamlanmamış qalmaqdadır”.

Bu səbəbdən “Qalx, Ermənistan” vətəndaş təşəbbüsünün Şurası bu gün axşam saatlarından etibarən 72 saatlıq oturaq piket keçirməyə qərar verərək Baqramyan prospektindəki aksiyalar zamanı səsləndirilən bütün tələbləri yenidən irəli sürür”.

***

İrəvan polisi elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxan “Qalx, Ermənistan” hərəkatının Respublika meydanında 72 saatlıq oturaq piket keçirməyə mane olmağa çalışır.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, polis əməkdaşları canlı sədd yaradaraq etirazçılara meydana doğru irəliləməyə imkan vermirlər.

İrəvan polis rəisinin müavini Valeri Osipyanın sözlərinə görə, aksiya təşkilatçıları “özlərinə diqqəti cəlb etmək üçün asayiş keşikçiləri ilə qarşıdurma yaratmağa cəhd edirlər”

Hazırda aksiya iştirakçıları nəqliyyat vasitələrinin hərəkətinə maneçilik yaradaraq “Ermənistan-Mariott” oteli qarşısında piyada keçidi üzərində nümayişkaranə gəzişirlər.



Teqlər:  





Xəbər lenti