NATO-dan Türkiyəyə xəbərdarlıq

NATO-dan Türkiyəyə xəbərdarlıq
  28 İyul 2015    Oxunub:2662
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin baş naziri Əhməd Davudoğluya xəbərdarlıq edib. Onun sözlərinə görə, Kürdüstan Fəhlə Partiyasının (PKK) mövqelərinə aviazərbələrin endirilməsi Türkiyə hökuməti ilə PKK arasında sülh prosesini pozulmasına gətirib çıxara bilər.

"Bütün ölkələr özünümüdafiə hüququna malikdir. Türkiyənin həmçinin özünü terrorçuların hücumlarından qorumaq hüququ var. Lakin bu təbirlərin mütənasib olması və münaqişənin genişlənməsinə gətirib çıxarmaması vacibdir", - deyə Stoltenberq Norveç radiosuna verdiyi müsahibədə bildirib.

Stoltenberq qeyd edib ki, hər hansı bir terror aktı siyasi həllin tapılmasına yönəlmiş səylərə mane olmamalıdır.

Son həftə ərzində Türkiyədə vəziyyət kəskinləşib. Buna səbəb İŞİD tərəfindən Suriya ilə sərhəddə yerləşən Suruç şəhərində terror aktın törədilməsi və PKK yaraqlılarının ölkənin cənub-şərq əyalətlərində polis əməkdaşlarının qətlə yetirilməsidir.

Xatırladaq ki, Türkiyənin Silahlı Qüvvələri ötən həftə Suriyanın Şimalında İŞİD və Şimali İraqda PKK mövqelərinə qarşı hücuma keçib. Əməliyyata F-16qırıcıları, tanklar və artilleriya cəlb edilib.


Teqlər:





Xəbər lenti