Dollar düşdü, avro bahalaşdı

Dollar düşdü, avro bahalaşdı
  28 İyul 2015    Oxunub:2091
Bu gün iyulun 27-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə azalıb.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 28-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% azalaraq 1,0488 manat təşkil edib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0068 manat və ya 0,59% artaraq 1,1615 manat olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti