İŞİD-in azərbaycanlı liderinin həbsinin təfərrüatı

İŞİD-in azərbaycanlı liderinin həbsinin təfərrüatı
  28 İyul 2015    Oxunub:19770
İstanbulda İŞİD üzvülərinə qarşı keçirilən əməliyyatda tutulan 36 nəfər arasında özünü “İstanbul Əmiri” adlandıran azərbaycanlı Abdulla Abdullayev də var.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, İŞİD qruplaşmasının aparıcı rəhbərlərindən olduğu deyilən A.Abdullayev dünyanın dörd bir tərəfindən İŞİD-ə döyüşçülər cəlb edirmiş.

Polisin apardığı araşdırma zamanı məlum olub ki, Abdulla Abdullayev həmin döyüşçüləri əvvəl Avropa və Orta Asiya ölkələri üzərindən İstanbula gətirirmiş. Mücahidlər bir müddət Uzaq Şərq ölkələrinə göndərildikdən sonra yenidən İstanbula gələrək onun kirayə tutduğu evlərdə qalıblar. Daha sonra həmin döyüşçülər Abdulla Abdullayevin vasitəsilə Suriya və İraqa göndərilirmiş.



Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti