Türkiyədə vəziyyət gərgin olaraq qalır - Video

Türkiyədə vəziyyət gərgin olaraq qalır - Video
  28 İyul 2015    Oxunub:2847
Türkiyədə polis növbəti dəfə ölkənin paytaxtı Ankarada İŞİD tərəfdarlarına qarşı antiterror əməliyyatı keçirib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 15 nəfərdən çox şəxs həbs edilib. Onlardan 11-i əcnəbi vətəndaşıdır. Həmçinin əməliyyatlar Tekman və Karayazı vilayətlərində də keçirilib.

12 nəfər terror qruplaşmasının üzvü olması iddiası ilə həbs edilib. Bundan başqa səhər saatlarında keçirilən əməliyyat zamanı saxlanılan 34 nəfərin 4-nə məhəkəmə tərəfindən həbs qərarı verilib.

Həmçinin Ərzurumun Tekman vilayətində bir qrup terroçu jandarma idarəsinə hücum edib. Tərəflər arasında baş tutan atışmada ölən olmasa da hərbi havva qüvvələrinin qırıcıları dərhal havaya qalxıb. Havadan keçirilən əməliyyat zamanı terrorçuların müəyyən edildiyi ərazilər bombalanıb. Nəticədə üç terrorçu öldürülüb.



Eyni zamanda Muş əyalətində terrorçular jandarma rəisini ailəsi ilə birgə güllələyiblər. Terrorçular jandarma rəisi mayor Alsan Kulaksızın avtomobilini güllələyib. Həmin zaman avtomobildə mayorun ailəsi də olub. Alsan Kulaksız aldığı yaralardan xəstəxanada vəfat edib.

Şırnak vilayətində isə bir qrup PKK terrorçusu gecə saatlarında Mərkəzi motoatıcı briqada komandanlığına hücum edib. Terrorçular hərbi hissəni avtomatik tuşlanan raketlərdən atəşə tutub. PKK hücumuna əsgərlərin dərhal cavab atəşi açmasından sonra tərəflər arasında qısa atışma baş verib. Ətrafı işıqlandırmaq üçün hərbçilərin havaya buraxdığı fişəng quru otların olduğu sahəyə düşərək yanğına səbəb olub.

Yanğın bir müddət sonra müdaxiləsiz sönüb, çox keçmədən 23 saylı hərbi hissədən göndərilən iki hərbi təyyarə PKK döyüşçülərinin olduğu ərazini havadan atəşə tutub.






Teqlər:  





Xəbər lenti