Ərdoğanın qulluqçusu terrorçu çıxdı

 Ərdoğanın qulluqçusu terrorçu çıxdı
  28 İyul 2015    Oxunub:3533
Türkiyənin paytaxtı Ankarada İŞİD və PKK terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyatda DHKP-C terror təşkilatının üzvü kimi həbs edilən şərti adı G B adlı qadın həbs edilib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, sraşdırma zamanı məlum olub ki, qadın ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqamətgahında (Ağ Saray) 10 ay qulluqçu işləyib.

Qızılay adlanan ərazidə keçirilən aksiyaya polisin müdaxiləsi zamanı həbs edilən G B özünün terror qruplaşması ilə heç bir əlaqəsinin olmadığını qeyd edib. Məhkəmə isə ona qarşı irəli sürülən iddiaların yetrəli hesab etməyərək onu sərbəst buraxıb.

Faud avni adlı istifadəçi isə özünün “Twitter” səhifəsində qadının həqiqətən DHKP-C terror təşkilatının üzvü olduğunu və iqamətgahdan terrorçuluğa görə yox məhz çıl-çıraq qırdığına görə işdən azad olunduğunu yazıb.


Teqlər:





Xəbər lenti