HDP-yə ağır zərbə, partiya bağlana bilər (Video)

HDP-yə ağır zərbə, partiya bağlana bilər (Video)
  28 İyul 2015    Oxunub:2622
Türkiyə Baş Prokurorluğunun İstintaq idarəsi PKK-nın siyasi qanadı olan Xalqların Demokratikləşmə Partiyası (HDP)-nın fəaliyyətini araşdırmağa başlayıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, buna səbəb partiyanin rəhbər şəxsləri daxil olmaqla millət vəkili seçilən üzvlərinin terror təşkilatına dəstək verməsi göstərilir. Artıq Konsitutsiyanın 68 və 69-cu maddələri üzrə araşdırma başlanılıb.

Burada siyasi partiyaların fəaliyyətinə daxil olmayan “heç bir siyasi partiya cinayətə təşviq edə bilməz” müddüaları daxildir. Bundan başqa partiya üzvlərinin nümayişlərdə iştirakı və onların cəmiyyət qarşısında səsləndirdiyi fikirlər, partiya ilə bağlı daxil olan şikayətlər ciddi şəkildə yoxlanılacaq.



Əgər araşdırmalarda cinayət tərkibi müəyyən edilərsə partiyanın gələcəyi hakimdən asılı olacaq. Və sonda irəli sürülən maddələr öz təsdiqini taparsa HDP bağlanacaq.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinə keçirilmiş son parlament seçkilərinin nəticələrinə əsasən, dörd siyasi partiya parlamentdə qrup təmsilçiliyini qazana bildi. Bunların arasında 13 faizlik baryeri aşan HDP-də var.


Teqlər:  





Xəbər lenti