Məşhur erməni "qanuni oğru" öldürüldü - FOTO
ANS PRESS-in məlumatına görə, ötən gün baş verən hadisəni bu gün Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiq edib.
Gürcüstan Daxili İşlər Nazirliyi həmçinin bu fakt üzrə cinayət işi qaldırıldığı barədə xəbər verib.
Xando kəndi yaxınlığında yolda meşədə pusqu quran şəxslər kriminal avtoritetin maşınını Kalaşnikov avtomatindan atəşə tutub. Nəticədə, avtomobil yoldan çıxaraq aşıb. Cəsədi aşkar edən yerli sakinlərdən biri "112" xidmətinə zəng vurub.
"Əlavə detallar haqqında biz hələ ki, heç nə deyə bilmərik. Cinayət işi başlanıb, araşdırma aparılır", - deyə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin nümayəndəsi Eka Atoşvili bildirib.
Yerli sakinlərin sözlərinə görə, Sarqis ailəsiylə Axalkalakiyə tez-tez gəlirmiş. Bəzən o, öz valideynlərini Moskvaya yanına aparırmış. Bu dəfə Sarqis öz ailəsiylə Xandoya təxminən on gün əvvəl gəlibmiş. Axalkalaki rayonu Gürcüstanda ermənilərin ən sıx məskunlaşdığı yerdir.
Teqlər: