12 ildən sonra Tehrana ilk rəsmi səfər
Fransa xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Romen Nadalın sözlərinə görə, bu Fransa XİN rəhbərinin İrana 2003-cü ildən bu vaxtadək ilk səfəri olacaq.
“Səfər Fransa ilə İran arasında ən yüksək səviyyəli siyasi dialoqun bərpa edilməsinə xidmət edəcək . Danışıqlarda Fransa-İran münasibətləri, regional məsələlər və BMT-nin Parisdə keçirəcəyi iqlim konfransının məqsədləri müzakirə ediləcək”, deyə R.Nadal bildirib.
Xatırladaq ki, ötən həftə Almaniyanın vitse-kansleri Ziqmar Qabriel, iyulun 28-də isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Tehrana səfər etmişdilər.
Teqlər: