Fransada almanlara qarşı etiraz: 6 yol bağlandı

Fransada almanlara qarşı etiraz: 6 yol bağlandı
  29 İyul 2015    Oxunub:2613
Fransa fermerləri bu ölkəyə kənd təsərrüfatı məhsulları ixrac edən almaniyalı həmkarlarının əlindən təngə gəliblər. Bu səbəbdən Fermerlərin Regional Həmkarlar Federasiyasının təşkilatçılığı ilə etiraz aksiyası keçirilir.
Mindən çox fermer Fransa ilə Almaniyanı birləşdirən 6 magistral yolu bağlayıb. Məqsəd Fransaya gətirilən kənd təsərrüfatı məhsullarının qarşısını almaqdır. Yolu kəsmək üçün traktorlardan istifadə olunur.

Artıq bir neçə gündür ki, fransalı fermerlər ölkədə öz məhsullarının qiymətinin ucuzlaşmasına qarşı çıxırlar. Onlar hazırda mövcud bazar qiymətlərinin məhsula qoyulan xərcləri ödəməməsindən narahatdırlar. Fermerlər bu məsələdə xüsusilə rəqabət qaydalarını pozan almanıyalı həmkarlarını günahkar bilirlər.

Təsərrüfatçıların fikrincə, Almaniya öz məhsullarının ərsəyə gəlməsində Şərqi Avropadan köç etmiş işçi qüvvəsinin əməyinə üstünlük verir və Fransa ilə müqayisədə əməkhaqqının ödənilməsi üçün az xərc çəkir.

Oxşar gərginlik Fransa ilə İspaniya sərhədində də yaşanır. Fermerlər İspaniyadan ölkəyə hərəkət edən yük avtomobillərinin qarşısını kəsirlər. (Azərtac)


Teqlər:





Xəbər lenti