Türkiyədə əməliyyat: 1302 nəfər həbs edildi

Türkiyədə əməliyyat: 1302 nəfər həbs edildi
  29 İyul 2015    Oxunub:1672
Bu günə qədər (29 iyul) Türkiyədə PKK, İŞİD və DHKP-C üçlüyünə qarşı keçirilən əməliyyat zamanı 1302 nəfər həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı baş nazir Əhməd Davudoğlunun mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki, hüquq-mühafizə orqanları anti-terror əməliyyatını 39 bölgədə aparıb.

Məlumata əsasən Türkiyə dövlətinin milli təhlükəsizliyini, təhlükəsizlik qüvvələrini hədəf alan, mülki vətəndaşlarının əmin-amanlıq və təhlükəsizliyini təhdid edən DAEŞ, PKK və DHKP-C terror təşkilatlarına qarşı əməliyyatların ölkə daxilində və sərhəd xaricində davam etdiriləcək.


Teqlər:  





Xəbər lenti