Ermənilərdən PUA yalanı: `Aparatımız vurulmayıb`

Ermənilərdən PUA yalanı: `Aparatımız vurulmayıb`
  29 İyul 2015    Oxunub:2269
Qondarma `Dağlıq Qarabağ Respublikası` Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ermənilərin pilotsuz uçan aparatının vurulmasına dair məlumatı təkzib edib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

`Ağdam rayonu ətrafında Ermənistana məxsus pilotsuz uçan aparatının (PUA) vurulmasına dair məlumat həqiqəti əks etdirmir`, - deyə yayılan məlumatda bildirilir.

Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi yaydığı məlumata görə cəbhənin Ağdam istiqamətində Ermənistana məxsus PUA vurulub.

`Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib`, - deyə Nazirliyin məlumatında bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl də Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin bir neçə pilotsuz uçan aparatını məhv etmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti