Taliban lideri ölüb?

Taliban lideri ölüb?
  29 İyul 2015    Oxunub:2542
Taliban döyüşçülərinin lideri Molla Məhəmməd Ömərin ölüm xəbəri yayılıb.
AzVision.az xəbər verir ki, “Taliban” hərəkatı hələlik bu məlumatı təsdiq etmir.

Molla Ömərin öldüyü barədə bundan əvvəl də dəfələrlə xəbərlər yayılıb. Ancaq indi bu məlumatı ilk dəfədir Əfqanıstan hakimiyyəti təsdiq edir.

Xatırladaq ki, iki həftə əvvəl Taliban lideri Molla Məhəmməd Ömər Əfqanıstan hökuməti ilə barışığa dəstək verdiyini açıqlamışdı.

Məhəmməd Ömər 1962-ci ildə Əfqanıstanda doğulub. Puştu tayfasındandır. SSRİ-Əfqanıstan müharibəsinin iştirakçısı olub. Əfqanıstanda sovet qoşunlarına və Kabil rejiminə qarşı döyüşlərdə gözünün birini itirdiyi üçün “taygöz molla” adını qazanıb.

1994-ci ildə “Taliban” hərəkatını yaradıb və Əfqanıstanın böyük hissəsinə nəzarətini ələ alaraq Kabildə öz rejimini qurub. 2011-ci il 11 sentyabr terror hücumlarından sonra NATO-nun hərbi müdaxiləsi nəticəsində “Taliban” rejimi devrilib, molla Ömər yoxa çıxıb.

Onun son illərə qədər Pakistanın Əfqanıstanla sərhəd əyalətlərindən birində gizləndiyi təxmin edilirdi.


Teqlər:





Xəbər lenti