10 nəfəri öldürüb parçalayan təqaüdçü tutuldu - Video
Tamara Samsonovanın 79 yaşlı "rəfiqə"sinin meyitinin parçaları Sankt-Peterburqun Dmitrov küçəsindəki binalardan birinin yaxınlığından tapılıb.
Müstəntiqin sözlərinə görə, qadın tanışının bədənini mişar və bıçaqla doğradıqdan sonra hissələrini yaxınlıqdakı əraziyə atıb. Tamara Samsonova dindirilmə zamanı 2003-cü ildə törətdiyi qətl barədə danışıb. Qatil qadın bildirib ki, o zaman evində kirayədə yaşayan Norilsk şəhər sakinini aralarında yaranmış mübahisə zəminində öldürüb parçalayaraq küçəyə atıb.
Tamara Samsonova daha sonra ilk qətli 2000-ci ildə törətdiyini də xatırlayıb. Həmin qurban da onun evində kirayənişin olub. Ümumilikdə təqaüdçü qadın 10 ölüm işində ittiham olunur.
Teqlər: