Ermənistanda etiraz - müxalifət lideri xəstəxanalıq oldu

Ermənistanda etiraz - müxalifət lideri xəstəxanalıq oldu
  30 İyul 2015    Oxunub:2521
Yerevanda "Ayağa qalx, Ermənistan" hərəkatı davam etməkdədir. Etirazçılar Respublika meydanına çıxıblar.
Polis aksiyaçıları meydandan qovmağa nail olub.

Daha sonra, etirazçılar Nalbandyan və Sarqsyan küçələrinin kəsişmələrində, yolun ortasında oturmağa qərar veriblər. Buradan isə polis əməkdaşları etirazçıları əllərində səkiyə aparıblar.

Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər. (

***

Yerevanda "Ayağa qalx, Ermənistan" hərəkatı davam etməkdədir. Hərəkatın rəhbərlərindən biri David Sanasaryan iyulun 29-u axşam saatlarında təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb.

Trend-in "Novosti Armenii" agentliyinə istinadən verdiyi xəbərə əsasən, Sanasaryan polisin ona qarşı güc tətbiq etməsinə şikayətlənirdi, onun başından zərbə endirildiyini bildirirdi.

Bunların nəticəsi olaraq, Sanasaryan yerə uzanıb, onun üçün təcili yardım xidməti çağırılıb.

Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.


Teqlər:  





Xəbər lenti