Azərbaycandan aparılan 40 milyonluq heroin tutuldu

Azərbaycandan aparılan 40 milyonluq heroin tutuldu
  30 İyul 2015    Oxunub:3280
Rumıniya hüquq-mühafizə orqanları əməkdaşları 333 kiloqram həcmində rekord heroin partiyasını müsadirə edib.
AzVision.az-ın məlumatına görə, bu barədə `TASS` agentliyi Rumıniya polisinin Mütəşəkkil Cinayəti və Terrorizmin Araşdırılması İdarəsinə (DIICOT) istinadən xəbər verir.

`Bu, 1990-cı ildən sonra müsadirə olunan ən böyük həcmli heroindir`, - deyə İdarənin baş prokuroru Konstantin Horodniçanu bildirib. Onun sözlərinə görə, müsadirə olunan məhsulun dəyəri təxmin 40 milyon avrodur.

Rumıniya polisinin Mütəşəkkil Cinayətlı mübarizə üzrə direktoru, baş komissar Klaudi Kukun sözlərinə görə, narkotiklər Azərbaycandan Rumıniyaya gətirilir. Daha sonra heroin Ermənistan, Gürcüstan və Ukraynaya göndərilir.

Heroin çərşənbə axşamı Ruminiyanın şimalında yerləşən Satu-Mare və Bistriçedə, polis tərəfindən saxlanılan yük maşınlarının yanacaq çənində gizlədilib. Yük maşınları Macarıstanla sərhəddə saxlanılıb. İtlərin onların aşkarlamaması üçün ağ tozla dolu yüzlərlə paket istiotlarla qarışdırılıb.

Narkotiklərin daşınmasını rumın-türk cinayətkar qrupu tərəfindən həyata keçirilib. Qrup 2011-ci ildən polisin nəzarətində olub. Polis iki Rıminiya və iki Türkiyə vətəndaşını saxlayıb, daha 7 nəfər dindirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti