Rusiya BMT-yə veto qoydu

Rusiya BMT-yə veto qoydu
  30 İyul 2015    Oxunub:2235
Rusiya BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyub. Qətnamədə ötən ilin iyulunda Ukrayna üzərində Malayziya təyyarəsinin vurulmasının araşdırılması üçün tribunal yaratmaq tələb olunurdu.

Malayziya, Niderland və Ukraynanın irəli sürdüyü təklifi şuranın 15 üzvündən 11-i dəstəkləyib. Çin, Venesuela və Anqola bitərəf qalıb.

Qətnamə layihəsində bütün ölkələrdən tələb olunurdu ki, xüsusi tribunalla əməkdaşlıq etsinlər, əks halda sanksiyalarla üzləşə bilərlər.

Səsvermədən az sonra Ukrayna prezidenti Petro Poroshenko deyib ki, Rusiyanın vetosuna baxmayaraq ədalətə nail olmağa çalışacaq. “Səsvermənin nəticələri hər şeyi deyir. Ancaq Ukrayna dayanmayacaq. Məqsədimiz günahkarı cəzalandırmaqdır,” Poroshenko-nun mətbuat katibi Svyatoslav Tseholko deyib.

Səsvermədən sonra ABŞ-ın səfiri Samantha Power söyləyib ki, “bu dəhşətli cinayətin araşdırılması yolunda heç nə dayana bilməz”.

Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin-in sözlərinə görə, rusiyalı təhqiqatçıların qəza yerinə getməsinə icazə verilmir və belə bir tribunal qərəzli olar, media “təbliğatı”na məruz qalar.


Teqlər:





Xəbər lenti