`İŞİD-in Azərbaycana qarşı ərazi iddiaları var` - General

`İŞİD-in Azərbaycana qarşı ərazi iddiaları var` - General
  30 İyul 2015    Oxunub:4412
Müstəqil Dövlətlər Birliyi (MDB) Anti-terror Mərkəzi beynəlxalq terror təşkilatları, xüsusilə İraq və Şam İslam Dövləti ( İŞİD) tərəfindən birlik ölkələrinə qarşı artan təhlükələrlə bağlı bir sıra təkliflər irəli sürüb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Anti-terror Mərkəzinin rəhbəri, general-polkovnik Andrey Novikov bildirib.

Novikovun sözlərinə görə, İŞİD-də daxil olmaqla bütün beynəlxalq təşkilatlara qarşı informasiya mübarizəsi hər bir sahədə xüsusilə internetdə aparılmalıdır.

`İŞİD terror təşkilatı Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin Rusiyanın Cənub, Şimali Qafqaz və Krım Federal Dairələrinə qarşı ərazi iddiaları ilə çıxış edir`, - deyə rusiyalı general vurğulayıb.

Novikov vurğulayıb ki, xaricdə beynəlxalq terror təşkilatının fəaliyyətində iştirak etməyə görə cinayət məcəlləsinin tətbiqi İŞİD-ə qarşı mübarizə öz effektini göstərir.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti