`Neft qiymətləri uzun müddət aşağı olacaq` - Shell

`Neft qiymətləri uzun müddət aşağı olacaq` - Shell
  30 İyul 2015    Oxunub:2645
Niderland – Böyük Britaniya neft qaz şirkəti `Shell` yeni uzunmüddətli strategiyasını açıqlayıb.
AzVision.az `Reuters`ə istinadən xəbər verir ki, yeni strategiyada neft qiymətlərinin uzun müddət aşağı olacağı göstərilir.

Səhmdarların toplantısında `Shell`in baş icraçı direktoru Ben van Berden şirkətin xərcləri kəskin azaltmaq planlarından danışıb. Plana əsasən şirkət 6,5 min işçisini ixtisar etmək və ikinci dərəcəli aktivlərim satmaq niyyətindədir. Bundan əlavə `Shell` 2014-cü ildə qeydə alınan 35 milyard dollarlıq xərclərini bu il 33 milyarda qədər endirməklə qənaət etməyi düşünür.

`Biz neft qiymətlərinin aşağı səviyyədə olduğu dünyaya hazır olmalıyıq`, - deyə Berden toplantıda bildirib.

2015-ci ilin ikinci rübündə şirkətin təmiz gəlirləri ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 6,13 milyard dollardan, 3,835 milyard dollara düşüb

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti