Hərbi gəmilərimiz Xəzərdə atışlar həyata keçirir

Hərbi gəmilərimiz Xəzərdə atışlar həyata keçirir
  30 İyul 2015    Oxunub:2226
Rusiya , Qazaxıstan və Azərbaycanın döyüş gəmiləri artilleriya qurğularından atəş açmaq və dənizdə gəmi məşqlərini həyata keçirmək üçün Xəzər dənizinə çıxıblar.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bu haqda Rusiya Federasiyası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri Mətbuat və informasiya idarəsinin əməkdaşı İqor Dıqalo bildirib.

İ. Dıqalonun sözlərinə görə, "Xəzər Kuboku-2015" müsabiqəsinə hazırlıq çərçivəsində hər 3 ölkənin Hərbi Dəniz Qüvvələrinin gəmiləri kiçik həcmli üzən hədəflərə, hava hədəflərinə və üzən minalara atəş açacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti