İsveçrədə anti-islam təbliğatı güclənir – FOTO

İsveçrədə anti-islam təbliğatı güclənir – FOTO
  30 İyul 2015    Oxunub:2467
“Qara qoyun”, “təhlükəli minarə” və “qırmızı siçanlar” kimi iqri ayrı-seçkiliyi təbliğ edən siyasi plakatlar İsveçrənin mühafizəkar-sağ təmayüllü “Xalq Partiyası”na (SVP) məxsus təbliğat vasitələridir. Sözügedən şəkillərin müəllifi, almaniyalı Aleksander Segert 30 ilə yaxındır ki, İsveçrədə yaşayır və həmin ölkədə “Goal” adlı reklam şirkətində çalışır.

AzVision.az “Süddeutsche Zeitung”a istinadən məlumat verir ki, İsveçrədə Xalq Partiyası tərəfindən ciddi şəkilədə anti-müsəlman təbliğatı aparılır. Partiyanın istifadə etdiyi irqçi və dini ayrımçılıq məzmunu daşıyan plakatlardan dünyanın bir çox miliyyətçi, sağçı ekstrimist, yaxud ultra-sağçı sektor tərəfindən həvəslə istifadə olunur. Məsələn: Çexiyanın Milli Partiyası, İtaliyanın Şimal Liqası, İspaniyanın Ultra-sağçı Demokratik Partiyası, eləcə də İslandiya və Almaniya kimi ölkələrdə bu tip milliyyətçi təbliğat vasitələrindən istifadə olunur.

Avstraliyanın paytaxtı Sidneydə müsəlmanlara qarşı düzələnmiş etiraz aksiyasında İsveçrə Xalq Paryiyasına məxsus və Avropada məşhur olan irqçi plakatlardan geniş istifadə olunub.

Məsələ ilə bağlı Aleksandr Segert açıqlamasında deyib ki, “Müştərilərim mənə nə sifariş versə, onu yerinə yetirirəm və onlar məndən çox razıdırlar”.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti