“Taliban”ın yeni liderinin adı məlum oldu

“Taliban”ın yeni liderinin adı məlum oldu
  31 İyul 2015    Oxunub:2089
“Taliban” hərəkatının üzvləri özlərinə yeni lider seçiblər.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, bundan sonra hərəkata Axtar Məhəmməd Mənsur rəhbərlik edəcək.

Hərəkat üzvü olan komandirlərdən biri bildirib ki, müvafiq qərar iyulun 29-da axşam saatlarında Kvetta Şurasının toplantısında yekdillikdə qəbul olunub. Onun sözlərinə görə, Şura yaxın günlərdə bununla bağlı bəyanat verəcək.

Xatırladaq ki, bu günlərdə Əfqanıstan rəsmiləri “Taliban” hərəkatının lideri Molla Məhəmməd Ömərin 2-3 il bundan öncə öldüyünü bəyan ediblər.



Teqlər:





Xəbər lenti