Azərbaycana qaçan erməni ailəsinin məhkəmə tarixi bilindi

Azərbaycana qaçan erməni ailəsinin məhkəmə tarixi bilindi
  31 İyul 2015    Oxunub:2199
Qanunsuz olaraq Ermənistandan Azərbaycana keçən Qevorkyan ailəsi ilə bağlı açılan cinayət üzrə məhkəmənin keçirilmə tarixi bilinib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, ilk məhkəmə prosesi avqustun 13-də keçiriləcək

İşə hakim Levon Arazyanın sədrliyi ilə Vedi şəhərində baxılacaq.

Qeyd edək ki, Qevorkyanın Ermənistanın dövlət sərhədini qanunsuz keçməsi ilə əlaqədar cinayət işi başladılmışdı.

52 yaşlı Yeqiş, onun həyat yoldaşı Ruzanna və onların üç övladları 2010-cu ilin yanvar ayının onunda Ermənistan –Azərbaycan sərhədini qanunsuz formada keçərək Naxçıvan Muxtar Respublikası ərazisinə keçib.

Yeqiş Qevorkyan 8 dəfə həbsdə olub və sərhədi qanunsuz keçdiyi vaxt ağır cinayət törətməkdə şübhəli bilinib. Qevorkyan ailəsi 12 dekabr 2014-cü ildə Ermənistana qaytarılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti