Rusiya FTX-si Bakını terrordan qoruyub

Rusiya FTX-si Bakını terrordan qoruyub
  31 İyul 2015    Oxunub:15405
Avropa Oyunlarında təhlükəsizliyinin təmin edilməsində Rusiyanın xüsusi xidmət orqanları iştirak edib.

Rusiya Federal Təhlükəsizlik İdarəsinin rəhbəri Aleksandr Bortnikov bəyan edib ki, Rusiya 2014-ci ildə Soçi Yay Olimpiya Oyunlarının hazırlanması və keçirilməsi zamanı Fransa, Almaniya, Avstriya, ABŞ və Gürcüstan, eləcə də bir sıra dünya ölkələri ilə birgə olimpiya obyektlərində törədilməsi planlaşdırılan terror hücumlarının qarşısını alıb.

O, həmçinin vurğulayıb ki, Azərbaycanda keçirilən Avropa Oyunlarında təhlükəsizliyinin təmin edilməsində bir sıra ölkələrlə yanaşı Rusiyanın xüsusi xidmət orqanları iştirak edib.

Bu barədə AzVision.az Rusiyanın `Kommersant` qəzetinə istinadən xəbər verir.

Bortnikovun sözlərinə görə, Rusiya tərəfi 2018-ci il Dünya Çempionatı ərəfəsində Soçidə Olimpiya Oyunları zamanı fəaliyyət göstərən işçi qrupun bərpa olunması təşəbbüsü ilə çıxış edib.

Qeyd edək ki, daha əvvəl FTX rəhbəri terror təhlükəsinin qlobal xarakter daşıdığını bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti