Avropada hər il 4 milyon uşaq yoxa çıxır

Avropada hər il 4 milyon uşaq yoxa çıxır
  31 İyul 2015    Oxunub:2907
Avropada hər il təqribən 4 milyona yaxın uşaq müxtəlif səbəblərdən itkin düşmüş sayılır. Onların 11.6000 nəfəri orta hesabla tapılır, digərləri isə müharibənin, amansız rəftarın, cinayətin, qanunsuz istismarın qurbanına çevrilirlər. Bəziləri isə ən yaxşı halda yad insanlar tərəfindən övladlığa götürülür.

AzVision.az “Euronews”ə istinadən bildirir ki, bu işlə məşğul olan “Missing Children Europe” adlı təşkilat 24 ölkədən 30 təşkilatın birliyi əsasında yaradılıb.

Bu təşkilat əsasən daha çox ailəsi tərəfindən daha özlənilən uşaqların tapılmasını əsas missiya kimi icra edir.

Məsələn: elə uşaqlar var ki, onlar itdikdən sonra ailələri ilə əlaqə saxlaya bilmirlər və sözügedən təşkilat onları taparaq ailələr arasında vasitəçi rolunu oynayır.

Avropa Liberal və Demokratlar alinansının Avropa Parlamentindəki üzvü Katarine Birder deyir ki, çox təəssüflər olsun hakimiyyət orqanları bu məsələ ilə bağlı kifayət qədər operativ maraqlanmır. O, fikirlərinə əlavə edir ki, biz xüsusən bu işlə məşğul olan koorparasiyaya tapşırmışıq ki, təkcə ölkədən kənara çıxanların axtarışı ilə əlaqəli polislə deyil, həm də ölkə daxilində itkin düşənlərin axtarışı ilə bağlı hakimiyyət orqanları ilə yaxından işləsinlər.

Xatırladaq ki, Belçika və digər Avropa Birliyi ölkələrində uşaqların itkin düşməsi ilə bağlı “Axtarılan bölmə” adlı polisdə fəaliyyət sferası mövcuddur.

Fərrux Həsənov


Teqlər:  





Xəbər lenti