Putin və Ərdoğan `Türk axını` müzakirə edəcək

Putin və Ərdoğan `Türk axını` müzakirə edəcək
  31 İyul 2015    Oxunub:2644
Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan `Türk axını` üzrə danışıqlar aparacaq.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
Peskovun sözlərinə görə, danışıqlar payızda baş tutacaq.

`Doğurdanda ikitərəfli Ali Şura toplanacaq. İclas payızda, ən yüksək səviyyədə keçirilməlidir. Yəni Putin və Ərdoğan görüşəcək. Onlar bu barədə sonuncu telefon danışığı zamanı razılaşıblar. Yer və konkret tarix hələ dəqiqləşdiriləcək`, - deyə Peskov bildirib.

Qaz kəməri tikintisi üzrə danışıqların aparılması üzrə sualı cavablandıran Peskov bildirib: `Əlbəttə, yəqin`.
Qeyd edək ki, ötən gün Türkiyə KİV-i ölkənin "Türk axını" layihəsini dayandırdığ barədə məlumat yayıb. Layihənin dayandırılmasına səbəb kimi tərəflərin mövcud layihə üzrə yekun razılığa gələ bilməmələri göstərilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti