PKK-nın hücumunda xəsarət alan olmayıb - Yenilənib

PKK-nın hücumunda xəsarət alan olmayıb - Yenilənib
  01 Avqust 2015    Oxunub:3400
Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə naməlum silahlı şəxslər tərəfindən içərisində Azərbaycan vətəndaşlarının olduğu deyilən sərnişin avtobusunun saxlanması ilə bağlı məlumatı araşdırır. AzVision.az Trend-ə istinadən xəbər verir ki, diplomatik missiyadan verilən məlumata görə, səfirlik Azərbaycan Qars şəhərindəki Baş konsulluğu ilə birgə Türkiyənin hüquq-mühafizə orqanlarından bu məlumatı yoxlayır.

Bundan əvvəl xəbər yayılıb ki, ötən gecə naməlum silahlı şəxslər Qars-Ərzurum-İğdır magistralında 70 sərnişini olan avtobusu saxlayıblar. Saxlanılanlar arasında azərbaycanlıların da olduğu bildirilir. Sərnişinləri bir neçə saat saxlayandan sonra onların qiymətli əşyalarını və sənədləri aldıqdan sonra buraxıblar.

**

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın səfirliyinin və Qarsdakı Baş konsulluğunun Türkiyə hüquq-mühafizə orqanlarından aldığı məlumata əsasən, hadisə İğdır və Qars arasındakı Kağızman rayonu ərazisində baş verib.

H.Hacıyevin sözlərinə görə, hadisə nəticəsində Azərbaycan vətəndaşları daxil olmaqla, avtobus sərnişinlərindən heç kim xəsarət almayıb.

O, qeyd edib ki, avtobusdakı azərbaycanlı sərnişinlərin sayı hələ dəqiqləşdirilir: "Azərbaycanın diplomatik missiyası bu məsələ üzrə Türkiyənin hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaqda davam edir".

XİN rəsmisi bildirib ki, hadisə iştirakçıları olan şəxslər konsulluq məsələlərinin həlli üçün 009005380383870 və 00904742231361 nömrələri vasitəsilə "qaynar xətt"ə müraciət edə bilərlər.


Teqlər:  





Xəbər lenti