Yeni daxili işlər naziri təyin edildi

Yeni daxili işlər naziri təyin edildi
  02 Avqust 2015    Oxunub:4191
Bu gün Gürcüstanın yeni daxili işlər naziri təyin edilib. AzVision.az-ın məlumatına görə, bu barədə baş nazir İrakli Qaribaşvili jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

Məlumata görə, Gürcüstanın cəzaçəkmə və probasiya naziri Georgi Mqebrişvili daxili işlər naziri təyin olunub.

Georgi Mqebrişvili 1970-ci il mayın 9-da Tiflisdə anadan olub. 1990-1996-cı illərdə İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib. O, 1997-ci ildə daxili işlər nazirliyinin istintaq şöbəsində stajor kimi işə başlayıb və sonra DİN, Maliyyə Nazirliyi, Maliyyə Nazirliyinin Gəlir Xidməti və həmin nazirliyin Dövlət Audit Ofisinin rəhbəri və Kvemo Kartli bölgəsinin qubernatoru vəzifəsində işləyib. O, 2014-cü ildən Gürcüstanın cəzaçəkmə və probasiya naziri vəzifəsində çalışıb. (apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti