Klinton cütlüyünün 8 illik qazancı - 140 milyon dollar

Klinton cütlüyünün 8 illik qazancı - 140 milyon dollar
  03 Avqust 2015    Oxunub:2288
ABŞ-ın keçmiş Prezidenti Bill Klinton və onun həyat yoldaşı olan sabiq dövlət katibi Hillari Klinton son 8 ildə 140 milyon dollar qazanıblar.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, cütlük bu gəlirin 57 milyon dollarını vergiyə verib.

2016-cı ildə keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürmüş H.Klintonun seçki kampaniyası çərçivəsində açıqlanan vergi bəyannaməsində onun xeyriyyə qurumlarına 15 milyon dollar ayırdığı bildirilir.

Daha əvvəl H.Klinton dövlət katibi vəzifəsini tərk etdikdən sonra etdiyi çıxışlardan 225 min dollar aldığını açıqlamışdı. B.Klintonun isə hər çıxışına görə 125 min və ya 750 min dollar qazandığı məlum olmuşdu.


Teqlər:  





Xəbər lenti