Türkiyənin iki vilayətində fövqəladə vəziyyət elan olundu

Türkiyənin iki vilayətində fövqəladə vəziyyət elan olundu
  03 Avqust 2015    Oxunub:2435
Kürd Fəhlə Partiyasının (PKK) terrorçu fəaliyyətinin qarşısını almaq məqsədi ilə Türkiyənin Ağrı və Tunceli vilayətlərinin bir sıra bölgələrində fövqəladə vəziyyət elan olunub.
Ağrı və Tunceli valiliklərinin məlumatına görə, fövqəladə vəziyyət avqustun 4-dən 19-dək davam edəcək. Bu müddətdə bölgədəki Ağrı və Tendürek dağlarında, Şişik və Kinzir meşələrində, Sal, Bali və Laç dərələrində, eləcə də bir sıra yaşayış məntəqələrində antiterror əməliyyatları aparılacaq. Bu məqsədlə bölgəyə ağır hərbi texnika və əlavə canlı qüvvə cəlb olunub.

Xatırladaq ki, PKK son günlər ən ağır terror hadisələrini Türkiyənin Qars, Ağrı, Bingöl, Mardin və digər bölgələrində həyata keçirib. Bu bölgələrdə əhaliyə və dövlətə külli miqdarda zərər vurulub. Təkcə avqustun 2-də PKK tərəfindən Ağrı və Mardində törədilmiş terrorlar nəticəsində 3 hərbçi şəhid olub, 28 nəfər yaralanıb.


Teqlər:





Xəbər lenti