“Bank Technique”də ixtisarlar başladı

“Bank Technique”də ixtisarlar başladı
  03 Avqust 2015    Oxunub:2534
“Bank Technique” ASC-də ixtisarlar aparılıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Bank Technique” mövcud şəraiti nəzərə alaraq xərclərin optimallaşdırılmasını həyata keçirir. Son dövrlərdə notariat kontorları və Bakı Metropoliteni ilə əməkdaşlığın dayandırılması ilə əlaqədar, bank həmin müəssislərlə işləyən strukturlarında bir sıra ixtisarlar aparıb.

“Son vaxtlar kütləvi informasiya vasitələrində “Bank Technique” fəaliyyəti barədə heç bir əsası olmayan fikirlər səsləndirilir. “Bank Technique” bəyan edir ki, üzləşdiyi çətinliklərə rəğmən, öz fəaliyyətini davam etdirir və yaxın gələcəkdə müştərilərinə daha yüksək səviyyədə xidmət göstərmək əzmindədir”, - deyə məlumatda vurğulanıb.


Teqlər:





Xəbər lenti