Ronaldo menecerinə ada hədiyyə etdi

  03 Avqust 2015    Oxunub : 1441
Ronaldo menecerinə ada hədiyyə etdi
`Real Madrid`in ulduz futbolçusu Kriştiano Ronaldo meneceri Jorge Mendesə toy hədiyyəsi olaraq ada alıb.


İllərdir birlikdə olduğu sevgilisi Sandra Barbossa ilə ailə həyatı quran məşhur menecer nikah şahid olaraq Kriştiano Ronaldonu seçib.



Mərasimdə Ronaldo Mendesə jest edib və yeni cütlüyə Yunanıstandan aldığı bir adanın sənədini verib.



Yunan adasının qiyməti açıqlanmasa da, qiyməti 10 və 50 milyon avro arasında olduğu bildirilir.



Mərasimdə Jose Mourinho, Angel Di Maria, Diego Costa, David De Gea, Radamel Falcao ve James Rodriguez də iştirak edib.

Teqlər: