`Putin Bakıda Əsəddən imtina etdi` - Ərdoğan

`Putin Bakıda Əsəddən imtina etdi` - Ərdoğan
  03 Avqust 2015    Oxunub:7922
Rusiya prezidenti Vladimir Putin yaxın zamanlarda Suriya lider Bəşər Əsədi dəstəkləməkdən imtina edə bilər. AzVision.az `BBC`yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli KİV-nə müsahibəsində bildirib.

`Hazırda Putinin Suriyaya münasibəti əvvəlkinə nisbətən daha ümidvericidir`, - deyə Ərdoğan Asiya səfərindən sonra müsahibəsində qeyd edib.

Ərdoğanın sözlərinə görə, bu barədə onda təəssürat Rusiya lideri ilə Bakıdakı görüş və sonrakı telefon danışığı zamanı yaranıb: `Putin artıq Rusiyanın sona qədər Əsədi dəstəkləməli olduğunu düşünmür. Mən düşünürəm ki, o, Əsəddən üz döndərə bilər`.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti