9 azərbaycanlı qadın Pakistandan qovuldu

9 azərbaycanlı qadın Pakistandan qovuldu
  04 Avqust 2015    Oxunub:2351
Pakistanın daxili işlər naziri bu ölkənin paytaxtı İslamabadda və ona yaxın Ravalpindi şəhərindəki bordellərdə məskən salmış, Azərbaycan və bəzi digər keçmiş sovet respublikalarından olan qadınlara qarşı xüsusi reydlərə göstəriş verib.

AzVision.az virtualaz.org-a istinadən bildirir ki, nazir Çaudri Nisar Əli Xanın göstərişi ilə 3 yüngül əxlaqlı qadın ölkədən deportasiya edilib. Daxili İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə bildirib ki, nazir həmçinin Ravalpindi və İslamabad şəhərlərindəki bordellərin sahiblərinə və onları işlədənlərə qarşı xüsusi tədbirlər görülməsinə dair müvafiq orqanlara müraciət edib.

Məlumata görə, Pakistandan deportasiya edilən qadınlar bu ölkədə vizasız və pasportsuz yaşayıblar. Nazir son günlər keçirilən reydlərdə həbs edilən digər qadınların da dərhal deportasiya edilməsinə dair göstəriş verib.

Pakistan Daxili İşlər Nazirliyinin son günlər keçirdiyi reydlər zamanı Azərbaycandan olan 9 qadın saxlanılıb. Onları deportasiya etmək üçün xüsusi təcridxanada saxlayırlar. Pakistan Daxili İşlər Nazirliyi həmçinin Azərbaycandan olan qadınların bu ölkədə aparılaraq cinsi istismara məruz qoyulmasını təşkil edən şəbəkənin aşkara çıxarılması üçün istintaq aparır.

Xatırladaq ki, bir neçə gün əvvəl Pakistan polisi İslamabaddakı reydlərin birində fahişəliklə məşğul olan iki azərbaycanlı qadını saxlamışdı. Ancaq qadınlardan biri məhkəməyə aparılarkən polisin gözündən yayınmış və qaça bilmişdi.


Teqlər:





Xəbər lenti