7 ermənini öldürən Permyakovdan yeni xəbər

7 ermənini öldürən Permyakovdan yeni xəbər
  04 Avqust 2015    Oxunub:2962
Ermənistandakı Rusiya qarnizon hərbi məhkəməsi fərarilik və silah oğurlamaqda günahlandırılan hərbçi Valeri Permyakovun işinə baxacaq.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bu barədə Şimali Qafqaz Dairəsinin Hərbi Məhkəməsinin mətbuat katibi Alena Katkalo bildirib.

Katkalonun sözlərinə görə, `Qətl` maddəsi üzrə istintaq işi ayrıca aparılır: `Hazırda məhkəməyə `Fərarilik`, `Silah oğurluğu` və `Qanunsuz silah gəzdirmək` maddələri üzrə açılan cinayət işi təqdim olunub`.

Məhkəmənin keçiriləcəyi tarix hələ ki bilinmir.

Qeyd edək ki, Permyakov yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. 19 yanvarda o da dünyasını dəyişib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti