Putinin İŞİD-lə mübarizə planı: oyun dəyişir
Bu barədə AzVision.az `Kommersant` qəzetinə istinadən xəbər verir.
Rusiya tərəfi Suriya və İraq, həmçinin regionunun digər ölkələri və kürdlərin də olduğu genişmiqyaslı koalisiyanın yaradılmasını təklif edir.
Bununla yanaşı, ABŞ-ın Suriyaya münasibətdə yeni strategiyaya keçdiyi açıqlanıb. Belə ki, Suriyada `dinc müxalifətə` istənilən təhlükə Vaşinqtonun silahlı müdaxiləsi ilə nəticələnə bilər.
Lavrov daha əvvəl bəyan etmişdi ki, Rusiya İŞİD-lə mübarizə üçün Suriyaya hərbi-texniki yardım göstərir.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Eldar Tanrıverdiyev
AzVision.az