Ruhani Bakı ilə əməkdaşlıq etmək istəyir

Ruhani Bakı ilə əməkdaşlıq etmək istəyir
  04 Avqust 2015    Oxunub:2231
Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının üzvləri Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşüblər.
Görüşdə Azərbaycanla İran arasında müxtəlif sahələrdəki münasibətlər və əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.



Məlumata görə, İranın gələcəkdə Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə hasil etdiyi təbii qazı Avropa bazarına çıxarması məsələsi də əsas müzakirə mövzularından olub.



Xatırladaq ki, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası avqustun 3-4-də İranda səfərdədir, Komissiyanın Azərbaycan tərəfindən həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir. (Report)






Teqlər:  





Xəbər lenti