Rus baş nazirin qızı Ukrayna vətəndaşı oldu – FOTOLAR
Məlumata əsasən Ukrayna pasportunu Mariya Qaydaya ölkə prezidenti Pyotr Poroşenko şəxsən təqdim edib. Mariya Qayday hazırda Ukraynanın Odessa vilayətinin rəhbəri Mixail Saakaşvilinin müavinidir.
Qeyd edək ki, Mariyanın atası Yeqor Qayday 1992-ci il 16 iyun – 1993-cü il 13 dekabr tarixlərində Rusiya hökumətinə rəhbərlik edib.
Poroşenkonun sərəncamı ilə `Forbes – Ukrayna`nın sabiq redaktoru, Ukraynalı jurnalist Vladimir Fedorinə də Ukrayna vətəndaşlığı verilib.
Eldar Tanrıverdiyev
AzVision.az