Rus baş nazirin qızı Ukrayna vətəndaşı oldu – FOTOLAR

Rus baş nazirin qızı Ukrayna vətəndaşı oldu – FOTOLAR
  04 Avqust 2015    Oxunub:4132
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın sabiq Baş naziri Yeqor Qaydarın qızı Mariyaya Ukrayna vətəndaşlığını verilməsinə dair sərəncam imzalayıb.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Ukrayna pasportunu Mariya Qaydaya ölkə prezidenti Pyotr Poroşenko şəxsən təqdim edib. Mariya Qayday hazırda Ukraynanın Odessa vilayətinin rəhbəri Mixail Saakaşvilinin müavinidir.

Qeyd edək ki, Mariyanın atası Yeqor Qayday 1992-ci il 16 iyun – 1993-cü il 13 dekabr tarixlərində Rusiya hökumətinə rəhbərlik edib.

Poroşenkonun sərəncamı ilə `Forbes – Ukrayna`nın sabiq redaktoru, Ukraynalı jurnalist Vladimir Fedorinə də Ukrayna vətəndaşlığı verilib.





Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti