`Bakı-Tiflis-Ərzurumu PKK partladıb`
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.
O, qeyd edib ki, bu gecə saat 01:15-də Bakı-Tiflis-Ərzurum (Şahdəniz) təbii qaz boru xəttinin Sarıkamış Yağbasan kəndindəki hissəsinə terror təşkilatının etdiyi hücum qaz nəqlinin dayanmasına səbəb olub.
Taner Yıldızın sözlərinə görə, son həftələrdə PKK Silopi rayonunda elektrik şəbəkəsinə, İran – Türkiyə qaz kəməri, Kərkük – Yumurtalıq neft kəməri, Mardində elektrik stansiyası və Çukurca da elektrik şəbəkəsində terror aktları törədib: `Bununla da terror qruplaşması vətəndaşların əsas ehtiyaclarının reallaşdırılmasına mane olmağa çalışır`.
Nazir həmçinin terror aktları ilə əlaqədar olaraq ölkənin müxtəlif regionlarında elektrik enerjisinin verilişində problemlərin olacağını da istisna etməyib.
Bu arada Bakı-Tbilisi-Ərzurum xətti üzrə qazın tədarükü hələ bərpa olunmayıb.
Eldar Tanrıverdiyev
AzVision.az