Erməni şirkəti ABŞ-a muzdlu əsgərlər satır

Erməni şirkəti ABŞ-a  muzdlu əsgərlər satır
  05 Avqust 2015    Oxunub:2313
İŞİD terror qruplaşması bütün Yaxın Şərqi qana boyadığı bir vaxtda, Amerikanın bəzi şirkətləri terrorçuların fəaliyyətindən xeyli razıdırlar.

Bu şirkətlərin başında isə mərkəzi Nyu-Yorkda yerləşən və erməni əsilli Setiyan ailəsinin rəhbərlik etdiyi "SOS International" (SOSİ) şirkəti gəlir.

AzVision.az sputnik-ə istinadən bildirir ki, son 2 ildə SOSİ şirkəti ABŞ-ın İraqdakı hərbi bazasına 6300 döyüşçü satıb. Həmin döyüşçülər əsasən İraq və Suriyada İŞİD-ə qarşı ABŞ əsgərləri ilə birgə döyüşürlər.

Ən maraqlısı isə odur ki, şirkətin baş məsləhətçiləri, bir vaxtlar Dünya Bankının rəhbəri olmuş Pol Vulfovits və İraqın işğalında əsas rol alan keçmiş müdafiə naziri Donald Ramsfeldin xüsusi köməkçisi Pol Batlerdir.

SOSİ tərəfindən ABŞ ordusuna satılan muzdlu amerikan döyüşçüləri İraqın şimalındakı Kürdüstan muxtar vilayətinin təhlükəsizliyi üçün də pullu xidmət göstərirlər.

Nyu-York-da nəşr edilən “The Daily Beast” qəzetinin yaydığı məlumata görə, tək "SOS International" şirkəti yox, Lockheed Martin, General Dynamics, AM General şirkətləri də yüksək məbləğ qarşılığında İraqdaki ABŞ ordusuna muzdlu döyüşçülər satır.


Teqlər:





Xəbər lenti